Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mərakeşli jurnalist Həcər Rəissuni sudanlı nişanlısı ilə cinsi əlaqəyə girdiyi və abort etdirdiyi üçün 1 il həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, 28 yaşlı jurnalist paytaxt Rabatda bir ginekologiya mərkəzindən çıxarkən polis tərəfindən saxlanılıb.

Jurnalist haqqında çıxan iddiaları təkzib edib və daxili qanaxması olduğu üçün müalicə aldığını söyləyib.


Həcəri müdafiə edən insan haqları aktivistləri evlənmədən cinsi əlaqəyə girməyin və abort etdirməyin insanların təbii haqqı olduğunu bildirib. Həmçinin, həbs qərarının tənqidçi jurnalistlərə qarşı təzyiq siyasəti çərçivəsində qəbul edildiyi qeyd olunub. İnsan Hüquqlarını Müşahidə Təşkilatı abortun qanundankənar olduğu ölkələrdə qeyri-qanuni fəaliyyət göstərən abort mərkəzlərinin artdığını xatırladaraq Mərakeşə abortu qanuniləşdirmək çağırışı edib.

Qeyd edək ki, Həcər Rəissuni iqtidarı tənqid edən müstəqil qəzetdə işləyir. Məhkəmə onun nişanlısına da 1 il həbs cəzası verib. Həkim isə 2 il cəza alıb.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir