“Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, istefa mədəniyyəti hər yerdə var.


Deputat əlavə edib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov bu gün mandatından imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir