Xalq artisti “Kurtlar Vadisi”nin məşhur aktrisasını AĞLATDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Kurtlar vadisi”nin məşhur aktrisası Serpil Tamur Məlahət Abbasovanın “Məlahətli qonaqlar” verişinin qonağı olub.

Publika.az xəbər verir ki, bu barədə Məlahət Abbasova instaqramda məlumat verib. O bildirib ki, Serpil Tamur keçən ay xüsusi olaraq onun dəvəti ilə Bakıya gəlib.

Təyyar Bayramov və oğlu Kənan Bayramov, həmçinin Xalq artisti Samir Cəfərov və Rəşad Məcid də proqramın qonaqları olub. Çəkilişdə duyğulu anlar yaşayan Serpil Tamur Samir Cəfərovla birlikdə “Ay qız” mahnısı ifa edərkən göz yaşlarını saxlaya bilməyib. Serpil Tamur Kənan Bayramovun Bayatı Şiraz ifasını da dinləyərkən musiqinin onu çox uzaqlara apardığını etiraf edib.


Sözügedən veriliş 29 sentyabrda bakı saatı ilə 22:45-də efirə gedəcək.

Veriliş Azərbaycan və Türkiyənin tanınmış sənət adamlarını, tanınmış simalarını tamaşaçılara təqdim edəcək, onların həyat və yaradıcılıq yolundan bəhs edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir