Nazirlərin üçtərəfli görüşünün vaxtı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.

Bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.


Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son 7-ci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir