Tarixin ən genişmiqyaslı araşdırması başa çatdı: yadplanetlilərlə bağlı FAKTLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yer kürəsindən başqa yerdə həyat əlamətlərinin tapılması ümidi ilə bu günə qədər aparılan ən genişmiqyaslı radio-araşdırmanın nəticələri bəlli olub.

Publika.az xəbər verir ki, Kaliforniya Berkli Universitetinin elm adamlarının rəhbərlik etdiyi araşdırma bir çox insanda ruh düşkünlüyü yarada bilər.

Çünki araşdırma zamanı yadplanetlilərlə bağlı heç bir izə rast gəlinməyib.

NASA-nın “New Horizons” missiyasında iştirak edən planet mütəxəssisi Alan Stern Yer kürəsindən başqa bir yerdə inkişaf etmiş mədəniyyətlə niyə hələ də əlaqə qura bilmədiyimizlə bağlı yeni teoriya açıqlayıb.

Amerika Astronomiya Cəmiyyətinin təşkil etdiyi konfransda açıqlama verən Stern bildirib ki, bunun səbəbi yadplanetlilərin bizim ehtimal etdiyimizin əksinə, sualtı mədəniyyətlə yaşamış ola biləcəyi ehtimalı var. Onun sözlərinə görə, başqa canlılar yaşadıqları planetlərdəki okeanların dərinliklərində ola bilərlər.


Qalaktikada planetimizə bənzəyən 40 milyard planet var. Lakin hər hansı sivilizasiyanın bizimlə əlaqə qura bilməsi düşündüyümüzdən daha uzun çəkə bilər. Bəlkə də yadplanetlilərin istifadə etdiyi dalğa məsafəsi sandığımızdan daha yavaşdır. Bundan başqa, bu dalğalar bizim görə bilməyəcəyimiz kompleks quruluşa malik ola bilər və biz bunları gözdən qaçırmış ola bilərik. Yer kürəsi qalaktikanı 1984-cü ildən bəri dinləyir.

Yer kürəsindən 32 işıq ili məsafədə yerləşən dalğalar hələ ki, bizə gəlib çatmır. Qalaktikanın böyüklüyünü nəzərə alsaq, bəlkə də bizə göndərilən “salam” hələ də yoldadır.

Digər bir ssenariyə əsasən, qalaktikada başqa mədəniyyət axtarışında olan yeganə mədəniyyət biz ola bilərik. Ya da başqa bir planet biz onları kəşf etmədən öncə məhv olub gedə bilər. Planetimizin Soyuq Müharibə dövründə nüvə müharibəsi təhdidi ilə yaşadığını nəzərə alsaq, başqa mədəniyyətin də bu səbəbdən yox ola biləcəyi olduqca böyük ehtimaldır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir