Nazpəri Dostəliyeva ailəsi və sənət yolu haqqında: “Atam dünyasını dəyişəndə…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Atam dünyasını dəyişəndə içimdən gələn elə ağılar və oxşamalar var idi ki, yaşlı-yaşlı qadınlar mənə baxıb ağlayırdı və heç kim yerə baxmırdı. Əllərində yaylıqlarını tutub yalnız mənə baxırdılar ki, bu uşağın qəlbində, ürəyində ataya, atasının sənətinə nə boyda sevgi və istək var imiş… Sözsüz ki, valideyn Allahdan sonra övlad üçün ən müqəddəs varlıqdır. Atam dünyasını dəyişəndə mən də onun üçün mərsiyə və ağılardan oxumuşam… Bu günsə onun qəbrini ziyarət edəndə ürəyimdə onunla çox söhbət edirəm. Hər zaman ağı deyib ağlamaq olmaz, atamla çox məsələləri həll edirəm”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva Publika.az-a verdiyi müsahibəsində deyib. Son aylarda qardaşı qızının açıqlamalarından və yaşanan qalmaqallardan sonra mətbuatdan uzaqlaşan sənətçi ürəyini “Publika”ya açıb. Səhnəmizin Dilbəri həm sənət yolu, həm də şəxsi həyatında heç kimin bilmədiyi bəzi məqamları səmimi şəkildə etiraf edib.


Aşıq Şakirin həyatından bəhs edən “Bir ömrün təntənəsi” adlı filmdə rol alan Xalq artisti atası Aşıq Əhmədəli və evlərində qurulan aşıq məclislərini də yada salıb.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir