“Beşiktaş”ın prezidenti istefa verdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İstanbulun “Beşiktaş” klubunun prezidenti Fikrət Orman vəzifəsindən istefa verib.

Publika.az xəbər verir ki, funksioner “Beşiktaş”dakı vəzifəmi tamamlayıram” sözləri ilə istefasını açıqlayıb.

“Beşiktaş”da bir qan dəyişikliyinə ehtiyac var. Çox yaxşı bir baş məşqçimiz var. Hazırda neqativ hava daha çox mənim üzərimdən gəlir. Mən bu işə “Beşiktaş” sevgisi səbəbilə girdim. Sabah idarə heyətini toplayacam və “Beşiktaş”dakı vəzifəmə nöqtə qoyacam. Əlimizdən gəldiyi qədər “Beşiktaş”a xidmət etdik. Hər kəsə təşəkkür edirəm. Mən “Beşiktaş”dan işimlə əlaqəli 100 TL təmin etmədim. Mənfəətimi güdmədim. Xətalarımız olub, amma faydalarımıza baxanda vicdanla yaxşı işlər gördüyümüzə inanıram” ,- Orman istefasını açıqladığı mətbuat konfransında deyib.


Klubun idarə heyəti sabah növbədənkənartoplantı keçirəcək. İstefa qərarının rəsmi şəkildə toplantıdan sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Beşiktaş”ın iki mövsümdür yaxşı nəticə göstərməməsi ilə əlaqədar olaraq azarkeşlər klubun prezidentini istefaya səsləyirdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp