Quaydonun narkokartel liderləri ilə görüşünün görüntüləri yayıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Venesuelanın kommunikasiyalar naziri Rodriges Xorxe müxalifət lideri, Milli Məclisin sədri Xuan Quaydonun “Los Rastrojos” (“Cavanlar”) narkokartelinin liderləri ilə görüşünün videoyazısını teleefirin gedişatında nümayiş etdirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, teleefirdə prezidenti Nikolas Maduro da iştirak edib.

Videoyazıya görə, “Los Rastrojos” liderləri Quaydonu hökumət vertolyotuna gətirirlər və o, burada Kolumbiya şəhərinin qubernatoru ilə görüşür. Onları bu ölkənin xüsusi xidmət orqanlarını müşayiət edirlər.

Rodriges qeyd edib ki, Quaydo ilə görüşmüş narkokartel üzvləri İnterpol tərəfindən axtarılır.

Maduronun fikrincə, Quaydonun Kolumbiyaya göndərilməsi üzrə əməliyyata quldurların cəlb edilməsi fikri Kolumbiya prezidentindən çıxıb.

“Ümid edirəm ki, Konqres və başqa müəssisələr bu faktın araşdırılmasına başlayacaq”, – prezident əlavə edib.


Daha əvvəl Rodriges Xorxe “Los Rastrojos” kartelinin “Nandito” ləqəbli üzvü İvan Possonun tutulduğunu bildirib, həmçinin fevralda Quaydonun Kolumbiyaya qanunsuz göndərilməsi üzrə əməliyyatın iştirakı haqqında onun ifadələrinin yer aldığı videoyazını nümayiş etdirib.

Xatırladaq ki, cümə axşamı Venesuelanın baş prokuroru Tarek Uilyam Saab Quaydonun “Los Rastrojos”un güman edilən üzvləri ilə yeni şəkillərini dərc edib. O qeyd edib ki, cinayətkarlar Kolumbiyaya müxalifət liderinin göndərilməsinin şahidlərini aradan götürürlər.

Venesuela prokurorluğu fevralın 23-də baş vermiş hadisələri araşdırır. İttihamçıların əvvəlki versiyasına görə, sərhədi qanunsuz keçmək üçün “Los Rastrojos” narkotik alverçilərinin hərbiləşdirilmiş dəstə üzvləri ilə Xuan Quaydo arasında cinayətkar sözləşmə olub.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Rusiya, İran, Türkiyə və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir