Ermənilərin Qazax istiqamətində TƏXRİBATI – DSX məlumat yaydı/FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan ekska­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir