Azərbaycan güləşçisi mübarizəyə qələbə ilə başladı (YENİLƏNİR)

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

97 kq çəki dərəcəsində çıxış edən Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.

İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib – 11:4.

Olimpiya, dünya və Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Valeri Andreytsev olacaq.

***

09:55

Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.

Publika.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Qostiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə özbəkistanlı Cavrail Şapiyevə uduzub – 1:4.

***

08:50

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.


Publika.az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start veriləcək.

Ötən gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov – Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov – Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev – Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov – Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir