ABŞ-ın S-400-lərlə bağlı QORXUSU – Mütəxəssis detalları açıqladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ qorxur ki, Türkiyə S-400 hava hücumundan müdafiə kompleksləri sayəsində F-35 qırıcılarının görünməzliyini yox edər”.

Publika.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Xalq Şurası və “Natsionalnaya Oborona” dərgisinin baş redaktoru İqor Korotçenko deyib.

Hərbi mütəxəssis bildirib ki, Səudiyyə Ərəbistanının neft platformalarına edilən hücum göstərdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Patriot” yerinə S-400 müdafiə kompleksi almaqla doğru addım atıb.


“Səudiyyəlilərin aldığı “Patriot”lar neft infrastrukturunun ən əhəmiyyətli bazaları vurulana qədər hücum anını belə görməyib. S-400 həqiqətən də, ABŞ istehsallı beşinci nəsil görünməz təyyarələr də daxil, bütün hədəfləri görür. Bu sistem F-35 və F-22, Pilotsuz Uçuş Aparatlarını təsbit edir və onları vuraraq yox edir. ABŞ-ın belə təşviş içində olması yaşadıqları fiasko seriyasının nəticəsidir. Əlbəttə, NATO ölkəsi olan Türkiyənin S-400 sayəsində F-35-lərin görünməz olmadığını bilməsi və müasir hava hücumundan müdafiə kompleksi ilə vura biləcək poetnsialda olması ABŞ üçün mövcud gerçəklərin çox narahatlıq verici olduğunu göstərir” ,- Korotçenko deyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir