Yatdığı yerdə milyonlarla dollar qazanır: dünyanın ən qəribə peşəsi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

35 yaşlı instaqram fenomeni Aleks Şannon dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən hotellərdə yataq pozaları çəkərək izləyiciləri ilə bölüşür.

Publika.az xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində yaşayan Aleks 10 illik karyerasına son qoyub xəyallarını gerçəkləşdirməyə qərar verib.


İki il öncə “yuxunu təqib et” anlamına gələn “followthenap” adlı instaqram hesabı açan fenomen profilində lüks hotel otaqlarında çəkdirdiyi yataq pozalarına yer verir.

Qısa müddətdə çox sayda izləyicini cəlb edən Şannona bir müddət sonra böyük hotellərdən təklif yağıb. Bu təkliflər hazırda ona milyonlarla dollar gəlir gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir