Salyanda 3 yaşlı uşağı avtomobil vurdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Salyanda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, rayonun Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı xalasının nəzarətindən çıxaraq küçəyə qaçıb. Elə bu zaman hərəkətdə olan “QAZ-31” markalı avtomobil azyaşlını vurub. L.Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir