Zaur hamilə sevgilisi ilə evləndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aparıcı Zaur Nəbioğlu ikinci dəfə ailə qurur.

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bir müddətdir Jalə adlı xanımla qeyri-rəsmi nikahda yaşayır. Zaurun xanımı 4 aylıq hamilədir. Məhz buna görə, cütlük kəbin kəsdirmək qərarına gəlib.

Onlar rəsmi nikaha girməsə də, bu gün şəhər restoranlarından birində məclis edirlər. Kiçik qonaqlıqda qızın yaxınları, dostları yer alırlar. Məhərrəmlik ayı olduğu üçün cütlük təmtəraqlı toy etməyib.


Qeyd edək ki, Zaur 2018-ci ilin aprelində qohumu olan xanımla ailə qurmuşdu. Aparıcının yanvarda qızı doğulmuşdu. Zaur bu ilin martında həyat yoldaşından boşanıb.

Məsələ ilə bağlı Z.Nəbioğlu ilə əlaqə saxladıq. O, toyunun olmadığını, sadəcə doğum günündə iştirak etdiyini bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir