Komandamız dünya kubokunun qalibi oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.

Publika.az xəbər verir ki, turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfədə yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb – 15:4.

Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər. Hər üç qarşılaşmasını qələbə ilə başa vuran “Elite Horse & Polo Club Baku” 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub. Almaniyanın “Los Nocheros Polo Club Münster” komandası turnirin gümüş medallarını qazanıb.


Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.

Gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir