“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” adlı növbəti tədbirini keçirib.

Publika.az tədbirdə Azərbaycan və Kərbala şəhirdlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İcitmai Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, Kərbəla bir məktəbdir və bu şəhidlik məktəbinin nədən ibarət olması cəmiyyətdə doğru şəkildə təbliğ olunmalıdır: “Kərbala hadisəsini doğuran səbəblər düzgün və doğru bir şəkildə dərk olunmalıdır. Unutmamalıyıq ki, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan vətən oğulları məhz Kərbala məktəbindən aldıqları qəhramanalıq dərsi ilə müqəddəs şəhadətə çatdılar. Hadisəyə kompleks şəkildə yanaşmaq lazımdır. Bu olmadıqda insanların düşüncələrində yanlış təsəvvürlər formalaşır. İmam Hüseyn hər hansı məzhəbin və təriqətin istismarında qala bilməz. Çünki o İslamın ali şəhididir. Bu hadisəsinin yaşadılması əsrlərdir ki, ölkəmizdə mənəvi mühitdəki vəhdətin qorunub saxlanmasına səbəb olur”.

S.Əzimbəyli Məhərrəm ayında şəhid və qazi ailələri ilə bağlı keçirilən tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə “Cənnət” şirkətinə təşəkkür edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir