İranda avtomobil qəzası: 3 ölü, 6 yaralı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib.

Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub.


Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.

Polis rəsmisi bildirib ki, qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir