Gəncəliyevdən separatçılara sərt mesaj: xunta rejiminin…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dağlıq Qarabağdakı qanunsuz “seçkilər” xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verir: “Bununla bağlı Dağlıq Qarabağda qanunsuz “seçkilər” keçirir, bir-iki nəfər xarici ölkədən olan deputat və nümayəndələri Dağlıq Qarabağa gətirməklə şou yaradırlar. Bu, yalnız təxribat xarakterli hərəkətlərdir, xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onlar çaba altında olan erməni icmasından alət kimi istifadə etməklə belə təxribatlara əl atırlar. Bu təxribatların isə heç bir nəticəsi olmayacaq. Dağlıq Qarabağa səfər edən həmin nümayəndələrə biz öz tərəfimizdən bəyanatlar veririk, onları həmin səfərdən çəkindirməyə çağırırıq. Təbii ki, bu səfərlərin heç bir hüquqi əsası yoxdur”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir