Bakıda zəncirvari qəza

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda zəncirvari yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil – “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub.

“Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.


Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.

Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir