III avrokubok turnirinin adı müəyyənləşdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, qurum həmin turniri Konfrans Liqası adlandıracaq.

Bildirilib ki, “Konfrans Liqası”nın ilk püşkü 2021/2022 mövsümü ilə başlaya bilər. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.


Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi gözlənilir. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda III yeri tutan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasını İngiltərənin “Liverpul”, Avropa Liqasını isə ölkənin digər klubu “Çelsi” qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir