Boltonun bu strategiyası yersiz idi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Con Boltonun Venesuela üzrə strategiyası yersiz idi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.


“Düşünürəm ki, o, bütün çərçivələrdən çıxdı”, – Tramp fikir ayrılıqlarının mahiyyəti haqqında təfərrüatları açıqlamadan deyib.

Qeyd edək ki, Bolton sentyabrın 10-da istefaya göndərilib. O, iqtisadi təzyiq yolu ilə Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdi. ABŞ KİV-i bir neçə dəfə yazıb ki, bu strategiyanın uğursuzluğu Tramp qıcıqlandırırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir