Ronaldo azərbaycanlı futbolçunun rekordunu qırmağa 4 addım da yaxınlaşdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

AVRO-2020-nin Litvaya qarşı səfər matçında Portuqaliya millisinin tərkibində poker edən Kritştiano Ronaldo daha bir rekorda yaxınlaşıb.

Publika.az xəbər verir ki, Ronaldo vurduğu 4 qolla milli aktivindəki qol sayını 93-ə çatdırıb.

Lakin onun bu pillədəki rekordu qırması üçün daha 16 qola ehtiyacı var.


Belə ki, milli komandalar tarixində ən çox qolu olan İran millisinin hücumçusu, Azərbaycan əsilli Əli Dayidir. Onun aktivində 109 qol var. 50 yaşlı futbolçu karyerasını 2007-ci ildə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir