Lavrov: ABŞ “Monro doktrinası”nın dirildir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Latın Amerikasının siyasi landşaftının “özü üçün” yenidən formalaşdırmaq cəhdləri dərin əndişəyə səbəb olur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, Latın Amerikası-Karib regionu indi ABŞ-ın ciddi təzyiqi altındadır. Lavrov .ABŞ-ın “Monro doktrinası” üslubunda Latın Amerikasının siyasi landşaftını yenidən formatlamağa cəhd etdiyini qeyd edib.


“Faktiki olaraq, Vaşinqton şəxsi izahlara əsaslanaraq bu və ya başqa səbəblərə görə onu qane etməyən ölkələrdə hökumətləri devirmək məqsədiylə güc tətbiq etmək hüququnu mənimsəyib”, – Lavrov deyib.

Rusiya naziri əlavə edib ki, Amerika administrasiyasının belə hərəkətləri regional təhlükəsizliyin və sabitliyin əsaslarını partladır.

Qeyd edək ki, Monro doktrinası 1823-cu ilin iyul ayında Amerika kontingentinin Avropa müstəmləkəçilik niyyətlərinə bağlanması ideyası barədə ABŞ prezidenti Ceyms Monronun müraciəti dövlət katibi ConKuinsi Adams tərəfindən Konqresə təqdim olunub. Siyasi doktrina kimi, ilk dəfə İspaniya hökuməti üçün xəbərdarlıq şəklində təqdim edilib. Konqresdə oxunan və “Monro doktrinası” kimi tanınan bu müraciət “Müqəddəs İttifaq”ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülub. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-ın nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir