Bakıda iki qardaş pul üstündə bıçaqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda iki qardaş bıçaqlanıb.

Hadisə Bakı-Sumqayıt yolunun “Şamaxı yolu” adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub

***


00:42

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun “Şamaxı yolu” adlanan ərazisində baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Tahirov Etibar Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir