Azərbaycan millisi 11-ci pillədə qərarlaşdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb.


Yığmamızın hesabında 212 xal var.

Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir