Ağ Ev Tramp və Ruhaninin görüşünə hazırlaşır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ağ Ev Nyu-Yorkda BMT Baş Assambleyasında prezident Donald Trampla İran prezidenti Həsən Ruhani arasında mümkün danışıqlara hazırlığa başlayıb.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.

Agentlik qeyd edir ki, sanksiyaların qalacağı halda, Tehranın görüşə razılaşıb-razılaşmayacağı məlum deyil.


İki mənbənin sözlərinə görə, hadisələrin inkişafının variantlarından biri odur ki, Tramp Ruhani və Fransa prezidenti Emmanuel Makronun görüşünə qoşulacaq.

Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ və İran prezidentlərinin görüşü istisna edilmir. Trampın özü də daha öncə görüşün mümkünlüyünü dilə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir