Putin Karasini vəzifəsindən azad etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin Qriqori Karasini stats-katib – Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə Fərman sentyabrın 10-da dərc olunub. Rusiya dövlətinin başçısı digər Fərmanı ilə Yevgeni İvanovu bu vəzifəyə təyin edib.


Q.Karasin stats-katib – xarici işlər nazirinin müavini vəzifəsində 2005-ci ildən çalışırdı. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Yevgeni İvanov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1995-ci ildən Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin katibliyinin rəhbəri və konsulluq departamentinin direktoru işləyib. 2017-ci ildən Xarici İşlər nazirinin müavinidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir