İctimai Dəstək Birliyi ehsan süfrəsi təşkil etdi


Axirət günü iki cahanın xanımı peyğəmbər qızı Fatimeyi-Zəhra xanım məhşərə gəldiyində arxasında böyük bir Şəhid ordusu gələcək. O Şəhidlər ordusu ki, İmam Hüseyn kimi dini, əqidəsi, vətəni yolunda canından keçib, Allah qatında məqama yüksəliblər.
Şəhid fani dünyadan köç etdiyində qanı ilə qüsul edilən müqəddəslərdəndirlər. Bu müqəddəslərin dünyada buraxıb getdikləri tək qiymətli olanları millətinə, ümmətinə, dövlətinə əmanət etdikləri dogmalarıdır.
Şəhid əmanətini uca tutub, Allah qarşısında borclarını unutmayanlar hər zaman üzərilərindəki haqqı düşünüb, addım atırlar.
Bu gün Məhərrəm ayının 10-u, yəni Aşura günündə borclarını unutmayanlardan birisi İctimai Dəstək Birliyinin sədri gənc, eləcə də inamlı və imanlı insan Cavid Süleymanov üzərinə düşənləri etdi. Qarabağın müdafiəsi zamanı, şəhid olmuş oğulların varislərini, qazı və veteranları, eyni zamanda onların övladlarını ehsan süfrəsi arxasında topladı. Özünün etdiyi savab əməlini qısqanmayan Cavid bəy, xeyirxah missiyaya “Dan ulduzu” ailəvi restoranın müdiri Əli bəyi və Nəsimi rayonu üzrə İDB-nin sədri Esmira Allahverdiyevanı ortaq etdi. Əli bəyin “Dan ulduzu” ailəvi restoranı hər zamankından fərqli olaraq bu dəfə süfrələrini ehsan bərəkəti ilə doldurdu. Cavid Süleymanovun və Esmira Allahverdiyevanın gənc yaşında belə bir gözəl təşəbbüsə sahib olması insanda fərəh hissi doğurur.
Dövlətimiz və dövlət başçımız səhidlərə, qazilərə, müharibə veteranlarına daima qayğı göstərib, diqqətdə saxlayır. Bu birmənalı olaraq belədir. Biz vətəndaş məsuliyyətindən bəhs etdikdə yuxarıda adlarını sadaladığımız Cavid Süleymanov, Əli bəy, Esmira Allahverdiyeva kimi insanları örnək götürə bilərik.
Bu gün ölkədə kifayət qədər imkan və səlahiyyət sahibi olan şəxslər vardır. Amma onların çoxunda belə bir milli və imanlı dünyagörüşü yoxdur. Lakin təşəbbüskarı olduğu ehsan süfrəsinin sahibi Cavid bəy və onunla birlikdə olan insanlar şəhidlik, qazilik məqamını daima uca tutanlardur. Onlar bu vətən üçün can fəda edənlərəin doğmalarına əllərindən gələn köməyi etməklə, çox böyük insanlıq dərsi vermiş oldular. Sevindirdikləri qəlblərin duası Allah qatında gözəl əməllərindən sayılıb, özlərinə geri döndü. Buna isə Yaradanın rəhməti deyilir. Şəhidləri unutmayanlar hər iki dünyada xeyirlə mükafatlandırılandırılar. Allah ehsan süfrələrinizi Şəhidlərin xatiri-horməti ilə qəbul etsin.Amin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir