Parlament Boris Consonun təklifini rədd etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Böyük Britaniya Parlamenti ölkənin baş naziri Boris Consonun oktyabrın 15-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təklifinin əleyhinə səs verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, təklifin lehinə lazım olan 343 nəfərdən 298, əleyhinə isə 56 deputat səs verib.

Xatırladaq ki, ötən gün Böyük Britaniya Parlamentinin İcmalar Palatası Avropa İttifaqı (Aİ) ilə razılaşma əldə olunmayacağı təqdirdə, ölkənin Aİ-dən çıxmasını (“Brexit”) 2020-ci il yanvarın 31-dək üç ay müddətinə təxirə salmaq üçün qanun layihəsi qəbul edib. Bundan sonra Boris Conson oktyabrın 15-də ölkə parlamentinə növbədənkənar seçkilər keçirilməsini təklif edib.


Qeyd edək ki, “Brexit”in təxirə salınmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı səsvermənin nəticələri baş nazir Boris Conson üçün son dərəcə ciddi məğlubiyyət hesab olunur. Baş nazir 31 oktyabr tarixinə kimi anlaşma ilə, yaxud da anlaşmasız “Brexit”in reallaşmasında təkid edirdi.

Qanun layihəsi Lordlar Palatası onu dəstəkləyəcəyi təqdirdə qüvvəyə minəcək.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp