Məryəm Üzerli Venesiya Film Festivalında libası ilə GÖZ QAMAŞDIRDI – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur aktrisa Məryəm Üzerli Venesiya Film Festivalında bütün diqqətləri öz üzərinə toplaya bilib.

Publika.az xəbər verir ki, aktrisa 3 gün ard-arda festivalda iştirak edib. O, hər gün üçün müxtəlif dəbdəbəli ziyafət libasları seçib.

“Möhtəşəm 100 il” serialı ilə böyük şöhrətə qovuşan kino ulduzu bütün obrazlarında Hürrəm Sultanın stilinə istinad edib. O, ilk çıxışı üçün “Tony Ward” moda evindən üzəri qaşlarla işlənmiş bej rəngli libas seçib.

İkinci gün Məryəm yenə eyni markadan seçdiyi yaşıl və olduqca cəlbedici axşam paltarında çıxıb. Bu geyimin dəyəri təxminən 20 min manatdır.


Üçüncü gün isə aktrisa bəyaz libası ilə göz qamaşdırıb. Yeri gəlmişkən, bu geyim də eyni markaya aiddir. O, bütün dəstlərini saç aksessuarı və iri boyunbağılarla tamamlayıb. Sözsüz ki, bu da əbəs deyil. Axı, Məryəm qırmızı xalıda Hürrəm Sultanın daha müasir versiyasını canlandırmağa çalışırdı. Və bu, onda çox uğurlu alınıb.

Aktrisanın bütün stilləri üzərində görkəmli stilist Samuel Sohebi çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir