Keçi dərisində 3 ay mağarada saxlayırlar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mersinin Silifke rayonunda tamamilə təbii yollarla istehsal olunan dəri pendiri soyuq hava anbarı kimi istifadə edilən mağarada 3 ay mühafizə edilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan kəndlilər aprel, may və iyun aylarında əlləri ilə sağdıqları keçi və qoyunların südünü bir müddət saxlayır. Ənənəvi mayalandırılan pendirlər xüsusi hazırlanan dərilərə basılır. Pendir sərin və rütubətsiz şəraitdə 3 ay saxlanıldıqdan sonra süfrələrə təqdim olunur. Bu pendir özünəməxsus dadı ilə fərqlənir.

İstehsalçı Əli Katarcı bildirib ki, dəri pendiri o bölgəyə xas məhsuldur. Bu pendir kənd qoyunlarının südündən hazırlanır. O bildirib ki, pendir həm tam yağlı süddən, kərə yağı istehsalından qalan ayrandan da düzəldilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir