İspaniya nəhəngindən “Qarabağ”a Mahir təklifi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.

“Sevilya” 22 yaşlı futbolçunu transfer etmək istəyib. İspaniya klubu Mahir üçün hətta “Qarabağ”a rəsmi təklif də göndərib

Sevilyalıların yeni idman direktoru Ramon Monçi hələ “Roma”da işləyərkən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında gördüyü Emrelini “Sevilya”ya cəlb etmək istəsə də, keçid reallaşmayıb.

İspaniya klubu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Millimizin hücumçusu ilə Pireney yarımadasının “Malaqa”, “Ekstremadura” və Fransanın “Genqam” klubları da maraqlanırdı. (Sportinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir