Dollar kəskin ucuzlaşacaq, daha sonra…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ dollarının dominant olduğu qlobal ticarət sisteminə qarşı bir çox ölkə qızıl indeksli kripto-valyuta çıxarmaq kimi alternativ axtarışlar aparır. Dollara qarşı yaradılacaq yeni bir ortaq valyutanın qızıla indeksli olması bir çox ölkə tərəfindən qəbul edilir.

Publika.az xəbər verir ki, qızıl rəqəmsal kürənin ən yaxşı və yeni varlığı kimi qəbul edilməyə başlanıb. Çünki qızıl insan oğlunun tapa biləcəyi ən qədim sərmayə məhsuludur. Yaxın Şərq və Afrikadan Asiya və Cənubi Amerikaya qədər bütün mədəniyyətlərdə yayılıb və bütün valyutalardan daha uzun ömrə sahibdir. Bu ilin əvvəllərində Birləşmiş Millətlər Sərmayə İnkişafı Dondu (UNCDF) tərəfindən aparılan araşdırmaya görə, qızıl kütlə bazarının həqiqətən istədiyi 3 məhsuldan biridir.

Valyuta bir ölkənin geosiyasi gücünə bərabər siyasi nizamı əks etdirən maliyyə vahididir. Pul tarixində aparılan araşdırmalar valyutanın geosiyasi baxımdan güclü şəkildə təsir gördüyünü ortaya qoyub. Qızıl dünyada yeganə super-dominant valyuta vahididir. Qızıl standartının geniş şəkildə istifadə olunduğu dövrlərdə birjalardakı valyuta vahidləri qızıl valyuta sisteminə qarşı qorunub.

Qızıldan sonra geo-valyuta dövrü

1870-ci ildən 1930-cu ilə qədər tətbiq olunan qızıl valyutası milli valyuta vahidlərinin dəyərlərini müəyyən edib. Bu gün ABŞ dollarının bu qədər güclü olmasının səbəbi dünyanın ehtiyat valyuta vahidi olaraq istifadə edilməsidir. Dollar 1973-cü ildə ABŞ prezidenti Riçard Riksonun qızıl standartını tərk etməsilə ehtiyat valyutaya çevrilib. Qlobal valyuta kimi dollar sərhəddənkənar işlərin yarısında istifadə edilməyə başlandı. Bu vəziyyət mərkəzi bankaların aparılan proseslərin qarşılığını ödəmək üçün dolları ehtiyatda saxlamasını çətinləşdirdi. Nəticə olaraq, bu valyuta ehtiyatlarının 61%-i dollardır. Beləliklə, dünya, eyni zamanda, dollar dövrü kimi tanınan geo-valyuta çağına addım atdı.

İllərlə müxtəlif dünya gücləri ABŞ valyutasının dünya ehtiyat valyutası kimi dəyişdirilməsini müzakirə edib. BRICS ölkələri ABŞ dolları ilə rəqabət etmək üçün ortaq valyuta vahidi çıxarmağı müzakirə edir və ABŞ mərkəzli SWIFT bank həvalə sistemi üçün alternativ axtarışına girib.

ABŞ dollarının dünya ticarətində bu şöhrətə sahib olması son illərdə Çin və Rusiya kimi iqtisadiyyatları böyüməkdə olan ölkələri də alternativ axtarışına çıxardı. Bu ölkələr 2017-ci ildə Moskvada RMB Mübadilə Bankını açaraq “de-dollarlaşma” adlı addımları atdı. Ölkələr əməliyyatların çoxunu qızılla aparmağı hədəfləyir. Bu, təqdirəlayiq durumdur. Çünki həm Rusiya, həm də Çin qızıl ehtiyatlarını digər ölkələrə nisbətən daha sürətli şəkildə toplamaqdadır. Əlavə olaraq, BRICS ölkələrinin də qızıl istehsalçısı olduğunu unudulmamalıdır.

Bu ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin Rusiya və Çinin ticarətdə milli valyuta sistemindən istifadəni inkişaf etdirmək niyyətində olduğunu açıqlaması xeyli diqqət çəkdi. Digər tərəfdən, son dövrlərdə Donald Trampın Çinə tətbiq etdiyi əlavə vergi ticarət müharibəsinin dozasını artırdı.

İngiltərə çoxqütblü valyutanı dəstəkləyir

İngiltərə Mərkəzi Bankının sədri Mark Karni dollara qarşı yeni valyuta sisteminin yaradılmasını irəli sürüb. Çoxqütblü dünyada çoxqütblü valyuta sisteminə ehtiyac olduğunu vurğulayan Karni yeni kripto-valyutanın bəzi ölkələrin sıfır, ya da neqativ faiz nisbətlərinə keçdiyi sistemə balans gətirəcəyini və bununla birlikdə ABŞ ilə digər ölkələrin pozitivdə qalacağını dilə gətirib.

Bəs dollar qarşı qızıl indeksli kripto-valyuta ola bilərmi?

Xüsusilə, son illərdə valyutaların ticarət müharibələrinin kölgəsində daha çox müzakirəyə çıxarıldığını bildirən Albaraka Türk Bankının baş iqtisadçısı Ömər Emeç ortaq valyuta üçün zehinlərin və tarixin yalnız qızılı örnək göstərdiyini, lakin yeni ortaq valyutanın gələcəyini texnologiyada axtarmağın lazım olduğunu qeyd edir.

Rusiya və Çin dollara qarşı hərəkətə keçir

Rusiya və Çinin öncüllüyündə olan ölkələr qızıl standartına geri qayıtmağı planlaşdırır və kripto-valyutanın ABŞ dollarından asılılığını azaltmaq vasitəsi kimi görür.

Mütəxəssislər Rusiyanın qızıl ehtiyatını sürətli şəkildə artırmağa davam etməsi və beynəlxalq təyinatlar üçün qızıl indeksli kripto-valyutanı dövriyyəyə buraxacağı təqdirdə ABŞ dollarından asılılığın azalacağını ehtimal edir. Rusiya ötən il dünyadakı ən böyük qızıl alıcısı olub və son 10 ildə qızıl ehtiyatını 400% artırıb. Digər tərəfdən, Rusiya Mərkəzi Bankının digər ölkələrlə sərhəddənkənar ödənişlər üçün istifadə edilə biləcək qızıl qiymətinə bağlı kripto-valyuta üzərində işlədiyi üzə çıxıb.

Ötən il Rusiya və Çin tərəfindən aparılan qızıl alışları ortaq kripto-valyuta yaratmaq hazırlığı istiqamətində atılmış addım kimi şərh olundu. ABŞ-ın ticarət sanksiyalarının tətbiq edilməsindən sonra Çin satın alınan qızıl miqdarını kəskin şəkildə artırmağa başladı. Çin Mərkəzi Bankının da Rusiya ilə parallel şəkildə öz kripto-vlayutasını qurmaq üçün araşdırmalar apardığı öyrənildi. Çin 2019-cu ilin əvvəllərində ölkədəki bütün kripto-valyutaları qadağan etdi. Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı Çini də hərəkətə keçirdi.

“Forbes” jurnalının hesabatına görə, Çinin valyuta vahidi olan yuanı transfer edilə biləcək yeni kripto-valyuta kimi çıxarmağı planlaşdırır. Rəqəmsal valyuta / Elektron Ödənişlər adlandırılan valyuta Çinin ən böyük şirkətləri tərəfindən paylanacaq: Alibaba, Tencent, Çin İnşaat Bankı, Çin Sənaye və Ticarət Bankı, Çin Bankı, Çin Təsərrüfat Bankı və Union Pay.

İran da öz kripto-valyutasını çıxarır

ABŞ-ın böyük sanksiyalar tətbiq etdiyi İran ölkədəki bütün kriptoları qadağan edib. Bir müddət sonra İranın qızıl indeksli valyuta hazırlığında olduğu ortaya çıxdı. Yaxın zamanda İran Mərkəzi Bankı tərəfindən verilən açıqlamaya görə, milli bir kripto-valyuta İran banklarının dondurulan qaynaqlarının yenidən istifadəsini təmin edəcək.

Müsəlman ölkələrində qadağan olunan kripto-valyuta ehtiyatı üçün qızıl indeksli kripto-valyutanın alternativi kimi ortaya çıxması Malayziyada böyük maraqla qarşılandı. Sərmayə qoymaq istəyənlərə xüsusi kassalarda kripto-valyuta qarşılığında fiziki qızıl saxlamaq şərti qoyulub.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir