Azərbaycanda onminlərlə insanı sevindirən xəbər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyevin iyun ayında əmək haqqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar qüvvəyə minib.

Publika.az xəbər verir ki, 1 sentyabr tarixindən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib.

Belə ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam da bu gün qüvvəyə minib. Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Nazirliyin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 40 faizi həcmində artırılması da qüvvəyə minib.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlarının da 1 sentyabr tarixindən maaşları artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir