“Qarabağ” – “Linfild”: qrup mərhələsinə bir addım qaldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Qarabağ” ilk görüşdə uduzsa da, səfərdə vurulan 2 qolu üstünlük saymaq olar. Ağdam təmsilçisinin 1:0 və 2:1 hesablı qələbəsi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması üçün kifayət edəcək.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)


Baş hakim: Sergey İvanov

Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko

Dördüncü hakim: Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir