Heydər Əliyev Mərkəzinin parkında beynəlxalq rəqs yarışması keçirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışması keçirilib.

“Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdikləri beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib: Zied, Mufayat, Rayman, Bboy Kamran Cfc, Misterio, Zico Firestar, Bboy Question Cfc, Gaijin, Lee, Shifu, Crazybeat, Bboy Button, Xan, Bboy Quattro`J, Molnia, Nemo.

Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış ediblər.


Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib-Rayman Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb dünya birincisi olmaq şansı qazanacaq.

Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən Red Bull musiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, o, DJ Tim 2018-ci ildə Polşada keçirilən Dünya Red Bull musiqi çempionatında Azərbaycanı təmsil edib.

Mərkəzin parkında təşkil olunan yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir