Dünya milyarderlərinə ŞOK: 14 milyon dollar…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Planetin ən zəngin adamları cümə günü 14 milyard dollar pul itiriblər.

Axar.az xəbər verir ki, bu barədə məlumat “Blumberq”in milyarderlər indeksi reytinqində əks olunub. Məlumata görə, milyarderlərin ziyana düşməsinə səbəb ABŞ və Çin arasında ticarət konfliktinin gərginləşməsi fonunda dünya fond birjalarının düşməsi olub.


Ən böyük itkiyə “Amazon”un rəhbəri Cef Bezosun məruz qaldığı vurğulanıb. Bu itkinin 3,25 milyard dollar təşkil etdiyi qeyd edilib. Bezosdan sonrakı yerlərdə Mark Zukerberq, Bil Qeyts, Larri Peyc, Sergey Brin, Larri Ellison, Uorren Baffet qərarlaşıb. Onların itkisi 1,3 milyardla 1,8 milyard dollar arasında dəyişib.

Rusiyalı milyarderlər isə cümə günü 2 milyard dollar itkiyə məruz qalıblar. Ən böyük itkini “Lukoyl”un sahibi Vahid Ələkbərov (384 milyon dollar) yaşayıb. Onu Leonid Mixelson, Vladimir Lisin, Andrey Melniçenko təqib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir