Qızının gözü önündə arvadının boğazını kəsən kişini məhkumlar ÖLÜMCÜL DÖYDÜ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyəni dəhşətə gətirən və cəmiyyəti qəzəbləndirən qatil həbs edilib.

Kırıkkale rayonunda kafedə 38 yaşlı Emine Bulutu 10 yaşlı qızının gözləri qarşısında qətlə yetirən keçmiş həyat yoldaşı 43 yaşlı Fedai Baran həbs edilib.

Son məlumata görə, saxlanıldığı cəzaçəkmə müəssisəsində onu məhkumlar ölümcül vəziyyətə düşənədək döyüblər.

Qeyd edək ki, Fedai Baran 10 yaşlı qızının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə qətlə yetirib. Onun boğazına bir neçə bıçaq zərbəsi vurub.

Daha sonra kafedən çıxan Fedai Baran uca səslə “bu fahişəni mən öldürdüm”, – deyərək ərazidən uzaqlaşıb. O, bir taksiyə minib. Sürücüyə isə “Heyvan kəsdim” deyib.

Məlumata görə, onlar arsında mübahisə qızlarının vəkaləti üstündə başlayıb. Mübahisə zamanı

Fedai Baran qadına ailəsini, atasını öldürəcəyi ilə hədələyib.

10 yaşlı qızının gözləri qarşısında bıçaqlanan qadın “ölmək istəmirəm”, – deyə fəryad edib.

Qadının qızı isə “ana ölmə”. – deyərək yalvarıb.


Qətlə yetirilən Emine Bulutun bacısı bildirib ki, Baran qadını öldürəndən sonra onun atasına zəng vurub “qızını it kimi öldürdüm, səni də tapıb gəbərdəcəyəm”, – deyib.

Bu dəhşətli cinayətdən sonra Türkiyə cəmiyyəti bayağa qalxaraq sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Türkiyənin məşhur adamları da bu aksiyaya qoşulub və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb edirlər.

(BAKU.WS)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir