Pxenyan ballistik raket sınağını keçirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 24-də səhər saatlarında Şimali Koreya tərəfindən iki ballistik raketin buraxılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Müdafiə naziri Takeşi İvaya bildirib.


Nazirin sözlərinə görə, Koreya Respublikasının Hərbi Xarakterli İnformasiyanın Mübadiləsi Barədə Müqavilənin (GSOMIA) müddətinin uzadılmayacağı haqqında xəbərdarlığına baxmayaraq, Yaponiya bu barədə kifayət qədər məlumat əldə edib. T.İvaya raketlərin Koreya yarımadasının şərq hissəsindən yerli vaxtla saat 6:44-də və 7:01-də buraxıldığını deyib.

Nazir, həmçinin, raketlərin Yaponiyaya məxsus iqtisadi zonaya daxil olan sulardan kənarda Yapon dənizinə düşdüyünü əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir