Berluskoni iki partiyaya xəbərdarlıq etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustun 23-də sağ mərkəzçi “Forza İtaliya” (“İrəli, İtaliya”) partiyasının sədri Silvio Berluskoni Prezident Sercio Mattarellanın iştirakı ilə keçirilən hökumət müşavirəsindən sonra Demokratik Partiyasına (DP) və “Beş Ulduz Hərəkatı” (M5S) partiyasına xəbərdarlıq edib.

Publika.az ANSA agentliyinə istinadla xəbər verir ki, S.Berluskoni “uyğun olmayan” şəxslərdən təşkil edilən yalançı partiyaların əleyhinə olduğunu söyləyib.


Sabiq baş nazir hökuməti təşkil edən “Liqa” və “M5S” koalisiya partiyalarının “macəraları”ndan sonra sabit və etibarlı hökumətə ehtiyac duyulduğunu söyləyib.

S.Berluskoni parlamentdə sağ-mərkəzçi çoxluğunun yaradılmasının vacibliyini diqqətə çatdırıb, bunun mümkün olmadığı təqdirdə isə vaxtından əvvəl seçkilərin keçirilməsini labüd hesab edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir