Evin qapısını sındırıb oğurluğa girdi – CİNAYƏT BAŞINDA TUTULDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tovuz rayonunda oğurluğa cəhd edən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 22-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindəki evlərin birindən Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMŞ əməkdaşları tərəfindən evin qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Ə.İsgəndərov saxlanılaraq aidiyyatı üzrə Tovuz RPŞ-yə təhvil verilib.

Araşdırmalar aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir