Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir.

Publika.az-ın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən verdiyi məlumata görə, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır:


“2019-ci il bədii gimnastika üzrə dünya çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə dünya çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempionatından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatik gimnastika üzrə dünya çempionatı keçiriləcək”.

Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir