Xərçəng xəstəliyi yaranmazdan öncə müəyyən olunacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yaponiyanın “Ayonix” adlanan ilk üz tanıma şirkətini quran türk əsilli Sədi Vural xərçəng, Parkinson, alzheymer kimi xəstəliklərin üz analizlərinin mümkün ola bilməsi üçün çalışır.

Publika.az xəbər verir ki, doktor Vuralın üz tanıma sistemi artıq dünyanın 30 ölkəsində istifadə olunur.

Türkiyədə ali təhsilini tamamlayıb Yaponiyada oxumağa yollanan Sədi Vuralın üz tanıma sistemi sağlamlıq sahəsində də nailiyyət əldə edir. Vural bildirib ki, artıq sistem insanın cinsiyyətini, yaşını, üz cizgilərindən əhvalını anlaya bilir. Sağlamlıq durumunu müəyyən etmək üçün İngiltərədə bir sıra texniki prosesdən keçməlidir.


Vural xərçəng xəstəliyi ilə bağlı da ümid verib: “Döş xərçəngini birinci mərhələdən də öncə üzə çıxaracağıq. Çünki bu həm də profilaktik tibb sistemi olacaq. Bu gün on qadından doqquzunda xərçəngin üzə çıxma ehtimalı var. Qısa müddətdən sonra üz tanıma sistemi ilə nəinki xəstəlikləri vaxtından tez müəyyən edəcək, eləcə də milyonlarla ölümün qarşısını alacaq”.

Vural sistemin çalışma fəaliyyətini izah etmək üçün bir neçə misal gətirib. O vurğulayıb ki, döş xərçəngindən adətən çənə və yanağın forması dəyişir. Hətta çəkdiyiniz selfini üz tanıma sisteminə yollamaqla 1-2 saniyə içərisində xəstəliyinizdən agah olacaqsınız.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir