Rusiyalı diplomat “arzuolunmaz şəxs” elan edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynada adı açıqlanmayan rusiyalı diplomat “arzuolunmaz şəxs” elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildən bəri Rusiyanın Lvov konsulluğunda çalışan sözügedən diplomat yerli sakinlərdən birindən kəşfiyyat üçün məlumatlar toplayırmış.


Diplomatın Ukraynanı tərk etdiyi, həmin sakinin isə məsuliyyətə cəlb edildiyi deyilib.

Ukrayna vətəndaşının günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir