“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ” Azərbaycan Premyer Liqasında ilk turun “Keşlə” ilə səfər oyununu təxirə saldırmaq üçün Peşəkar Futbol Liqasına müraciət edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.


O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb. Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, “Qarabağ”ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir