Yuxu haqda BİLMƏDİKLƏRİMİZ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bütün dərdlərin dərmanı yuxudur. Nə qədər qəribə səslənsə də, bu fikirdə həqiqət payı var. Yuxu həm də çox sehirli aləmdir.

Publika.az yuxu haqda ən qəribə faktları təqdim edir.

1. Uşaqlıqda ağ-qara televizor izləmiş insanlar bəzən ağ-qara yuxular görürlər.

2. İlk dəfə yatdıınız evdə beyninizin yarısı oyaq qalır.

3. Hər dəqiqə beynimiz onlarla məlumat qəbul edir. İnformasiya selində boğulub dəli olmamaq üçün təbiət bizə yuxu funksiyasını əta edib. Yuxu müddətində beynimiz gün ərzində hopdurduğu lazımsız informasiyaları möcüzəvi sistemindən silərək təmizləyir.


4. Gördüyümüz yuxuları yozmaq üçün adətən “Yuxu yozmalar” kitabında axtarış edirik. Unuduruq ki, ən acı kabusdan tutmuş erotik fantaziyadan ibarət yuxularımızadək hamısı gündəlik fəaliyyətimizin nəticəsidir.

5. Bəzi adamar iddia edirlər ki, yuxu görmürlər. Əslində isə bu yanlış düşüncədir. Hər birimiz yuxu görürük. Sadəcə beyin lazımsız yuxuları yaddaşdan silir.

6. Yuxu müddətində beyin iki dəfə sürətli çalışır.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir