Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanla sərhədi keçən erməni hərbçi, böyük ehtimalla, azıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib. O, hazırda məsələ ilə bağlı istintaq aparıldığını bildirib.


Tonoyan hərbçinin xidmət etdiyi hərbi hissədə təzyiqlərə məruz qalmasıyla bağlı Azərbaycanın açıqladığı məlumatın “yalan olduğunu” iddia edib. Əsgərin psixoloji vəziyyətindən söhbət açan Tonoyan hələlik bunun müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılması barədə məlumat yayıb. Nazirlik Kazaryanın hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət ucbatından qaçdığını etiraf etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir