Tomas Doll: “Qarabağ”dan belə çıxış gözləyirdim

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”.

Qol.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra mətbuat konfransında deyib.

Nikosiya təmsilçisinin yeni çalışdırıcısı Bakıda 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəldikləri matçı belə şərh edib:

“Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. “Qarabağ”ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir”.

T.Doll Kiprdəki matçdan fərqli oynadıqlarını bildirib: “Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular”.

T.Doll ürəkli oynamalarının qələbənin əsas açar rolu olduğunu qeyd edib: “İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir