səhiyyə sığortası, dövlət yardımı və…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ qaçqınlara tətbiq etdiyi sosial yardımı kəsəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Açıqlamada bildirilib ki, yardıma möhtac olanlar üçün ayrılan sosial təhlükəsizlik paketini və vergi mükəlləflərini qorumaq məqsədilə yardıma möhtac qaçqınlara həm dövlət dəstəyi kəsiləcək, həm də yaşayış icazəsi verilməyəcək. Bu addımın ABŞ-a gəlmək istəyənlərin öz ayaqları üzərində dura bilməsi və dövlətin təmin etdiyi sosial təhlükəsizlik dəstəyinə dayanması üçün atıldığı qeyd edilib.


Yeniliklə gəlir səviyyəsi aşağı olan qaçqınların ABŞ dövlətindən səhiyyə sığortası, qida və sığınacaq kimi dəstəklər ala bilməyəcək. ABŞ dövlətindən hələ də yardım alan şəxslər isə vətəndaşlığa qəbul olunmayacaq və ölkədən deportasiya ediləcək.

Qərar çərşənbə günü imzalanacaq və 60 gün içində qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir