Putin azərbaycanlı və iranlı həmkarları ilə görüşünü niyə təxirə saldı?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan, İran və Rusiya prezidentlərinin üçlü zirvəsinin təxirə salınmasında Azərbaycan və İran prezidentləri maraqlı ola bilməzdi, hər iki dövlət başçısının üçlü əməkdaşlığa ehtiyacı var”.

Publika.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.



Politoloq bildirib ki, görüşün təxirə salınmasını böyük ehtimalla ev yiyəsi Kreml təklif edib: “Görəsən, Rusiya prezidenti Vladimir Putini azərbaycanlı və iranlı həmkarı ilə görüşü təxirə salmağı hansı “texniki” səbəb məcbur edib? Görünən odur ki, Putin üçün daha vacib mövzu və mövzular ortaya çıxıb ki, azərbaycanlı və iranlı həmkarıyla görüşü sonraya saxlamağı lazım bilib. Halbuki, nəzərdə tutulan üçlü zirvə sadəcə elə bir neçə saatlıq diskusiyya mahiyyəti daşıyacaqdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir